Türkiyədə 1872 nəfər infeksiyadan müalicə olunur, 44 nəfər vəfat edib

A- A A+

Yeni növ koronavirusun Türkiyədə daha 7 nəfərin ölümünə səbəb olması nəticəsində dünyasını dəyişənlərin sayı 44-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir bildirib ki, martın 24-də daha 3952 şübhəli şəxs üzərində müayinə aparılıb. Onlardan 343-də virus aşkarlanıb. Beləliklə, Türkiyədə sözügedən infeksiyaya yoluxanların sayı 1872 nəfərdir.

Qeyd edək ki, bu vaxtadək Türkiyədə ümumilikdə 27 min 969 nəfər üzərində infeksiyaya qarşı test aparılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: