ÜST: ABŞ koronavirus pandemiyasının yeni episentrinə çevrilə bilər

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının yayılmasına qarşı tətbiq edilən ciddi tədbirlər nəticəsində tezliklə İtaliyada vəziyyətin yaxşılaşacağına ümid edir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri təşkilatın mətbuat katibi Marqaret Harris bildirib.

Onun sözlərinə görə, son iki gündə yoluxma və ölüm hallarının sayında azalma müşahidə olunub, lakin bununla belə, İtaliyanın virusa qarşı mübarizədə dönüş nöqtəsinə gəlib çatmasını söyləmək hələ tezdir.

Mətbuat katibi bildirib ki, hazırda dünyanın müxtəlif regionlarında virusun yayılması sürətlə davam etməkdədir və infeksiyaya yoluxanların sayı 335 min nəfərə çatıb, 15 minədək xəstə isə həyatını itirib. ABŞ-ın nüfuzlu Con Hopkins Universitetinin hesablamalarına görə, yoluxma və ölüm hallarının sayı daha çoxdur və müvafiq olaraq 385 min və 16 min 600 nəfərə bərabərdir.

ÜST rəsmisi, həmçinin qeyd edib ki, hazırda yeni yoluxma hallarının 85 faizi ABŞ və Avropanın payına düşür. Martın 22-dən 23-dək ÜST-ə daxil olan məlumatlara əsasən, bir sutka ərzində dünya üzrə yoluxanlar rekord sayda – 40 min nəfərdən artıq olub.

ÜST ekspertlərinin müşahidələrinə əsasən, ABŞ koronavirus pandemiyasının yeni episentrinə çevrilə bilər. ABŞ-da bu potensial mövcuddur, çünki oradakı yoluxma halları son günlərdə sürətlə artmaqdadır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: