Mövlud Çavuşoğlu: Hazırda xarici siyasətin əsas prioriteti əlaqələrdəki müvəqqəti məhdudiyyətin ticarətə mənfi təsirinin qarşısını almaqdır
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında yeni növ koronavirusla (COVID-19) bağlı ölkəsinin xarici siyasətinin istiqamətləri barədə məlumat verib.
NUHÇIXAN xəbər verir ki, dünən axşamdan bəri 8 ölkədən 11 reyslə 2 min 721 türkiyəli tələbənin vətənə gətirildiyini diqqətə çatdıran nazir, təxliyə edilənlərin karantində saxlanıldıqlarını bildirib. Martın 17-də isə 9 Avropa ölkəsindən 2 min 897 türkiyəli gətirilmişdi. O cümlədən ötən günlərdə Türkiyədən də bəzi ölkə vətəndaşları öz istəkləri ilə təxliyə olunublar.
Nazir bildirib ki, yeni növ koronovirusla mübarizə ilə bağlı Türkiyədən yardım istəyən 69 ölkədən 17-nə qoruyucu maska göndərilib. Xaricdə virusdan dünyasının dəyişən 32 türkiyəlinin cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda xarici siyasətin əsas prioritetlərindən biri virus səbəbindən ölkələr arasındakı əlaqələrin müvəqqəti