Ermənistan ordusunda koronavirusa yoluxan hərbçilərin sayı 5-dək artıb.
NUHÇIXAN RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
Üç hərbi qulluqçuda koronavirusun aşkarlanmasından sonra hərbi hissədə 37 nəfər koronavirus testindən keçirilib. Yoxlama nəticəsində daha iki hərbi qulluqçuda koronavirus aşkarlanıb, 35 nəfərin analizlərinin nəticələri mənfi olub.