Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə yoxlama aparıblar

A- A A+

Rusiya və Türkiyə hərbçiləri Suriyadakı M-4 trasında birgə yoxlama aparıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Hərbi Polisinin nümayəndəsi Aleksey Jukov məlumat verib.

O deyib ki, yoxlama zamanı heç bir problem müəyyən edilməyib.

Yoxlamada əsas məqsəd atəşkəs rejiminə əməl olunmasını, Fərat çayı boyunca ərazidə təhlükəsiz hərəkətin təmin edilməsidir.

Türkiyə və Rusiya qoşunları birgə yoxlamanı prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Soçidə imzaladıqları birgə memorandumun şərtlərinə əsasən aparırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: