Türkiyənin Van vilayətinin Tuşba rayonunda Rixter cədvəli üzrə 4.7 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkan aprelin 3-də yerli vaxtla saat 08.44-də qeydə alınıb.
Hələlik yeraltı təkanın təsiri barədə məlumat yoxdur.