Koronavirusun geniş yayıldığı İtaliyanın Biyella şəhərində yaşayan 104 yaşlı Ada Zanusso koronavirusdan sağalıb.
NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadən xəbər verir ki, koronavirusun qadının qalib gəldiyi yeganə ölümcül xəstəlik deyil.
A.Zanusso daha öncə 1918-1920-ci illərdə on milyonlarla insanın həyatına son qoyan ispan qripinin də öhdəsindən gəlib.
Məlumata görə, 104 yaşlı qadın martın 17-də koronavirus simptomları ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.