Ermənistanda 850-dən çox koronavirusa yoluxan var

A- A A+

Ermənistanda son sutka ərzində daha 20 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 853 nəfərə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının alınması üzrə Milli Mərkəz məlumat yayıb.

Bildirilir ki, ölkədəki xəstələrin 8-nin vəziyyəti son dərəcə ağır, 35 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd olunur ki, Ermənistanda 8 nəfər koronavirusdan ölüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: