“WhatsApp” messenceri koronavirus barədə dezinformasiyanın yayılmasının mümkünlüyü səbəbindən göndərilən mesajlara məhdudiyyət tətbiq edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kompaniyanın məlumatına əsasən, bundan sonra göndərilən mesajları bir dəfəyə yalnız bir çata yollamaq mümkün olacaq.
Kompaniyadan bildiriblər ki, “WhatsApp” yazışmaların məxfiliyi və dezinformasiyanın yayılmasının qarşısının alınması üzərində çalışır, həmçinin istifadəçilərə dəqiq məlumatların verilməsi üçün Dünya Səhiyyə Təşkilatı və milli səhiyyə nazirlikləri ilə əməkdaşlıq edir.