Aprelin 7-də Ankaranın Elmadağ rayonu ərazisində yerləşən hərbi sənaye (Roketsan) zavoduna məxsus binada partlayış baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Birliyinin rəhbəri İsmail Demir məlumat verib. O, insan tələfatının olmadığını, partlayışın səbəblərinin araşdırıldığını bildirib.