Türkiyədə COVID-19 virusuna yoluxan xəstələrin müalicəsində “immun plazma” üsulunun tətbiqinə başlanılıb. Bunun üçün ölkənin Qızıl Aypara Cəmiyyəti tərəfindən hər gün 750 donordan plazma alınması planlaşdırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə cəmiyyətin rəhbəri Kerem Kınık bildirib.
Bütün vətəndaşları qan verməyə çağıran K.Kınık donorların həftədə bir dəfə, ümumilikdə isə üç dəfə plazma bağışlayaraq altı yeni növ koronavirus xəstəsi üçün ümid ola biləcəyini deyib.