Yaponiyanın məşhur avtomobil istehsalçısı “Mitsubishi"nin Çindəki müştərək müəssisəsində istehsal olunan 174 min 519 avtomobil yanacaq nasoslarındakı nasazlıqlara görə geri çağırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.
Aprelin 10-dan başlayan proses 2017-2019-cu illərdə istehsal olunmuş “Eclipse Cross”, “Outlander” və “ASX” modellərini əhatə edir.
Bildirilir ki, “GAC Mitsubishi Motors Co” nasaz detalları öz hesabına dəyişəcək.