Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkan aprelin 12-də yerli vaxtla saat 09.38-də qeydə alınıb. İlkin məlumata görə, yeraltı təkan bəzi tikililərdə çatlar əmələ gətirib.