Rəcəb Tayyib Ərdoğan Daxili İşlər nazirinin istefasını qəbul etməyib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsindən məlumat yayılıb. Bildirilir ki, Süleyman Soylu Türkiyə Daxili İşlər naziri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Süleyman Soylu, istefanın səbəbi ilə bağlı özünün “Twitter” səhifəsində məlumat verib. Buna səbəb, Türkiyədə aprelin 11-də gecə 00.00-dan etibarən qüvvəyə minən iki günlük komendant saatı elan olunandan az sonra bəzi vətəndaşlar toplu şəkildə alış-veriş üçün marketlərə yüyürmələri və baş verən xoşagəlməz hərəkətləri əks etdirən videogörüntülərin yayılması olub. Nazir açılqmasında bu hadisələrə görə məsuliyyət daşıdığını ifadə edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: