"Twitter" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Twitter"in işində texniki qüsurlar əsasən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Yaponiyada müşahidə edilib.
İstifadəçilərin təxminən 60 faizi saytın işində, 28 faizi iPhone və ya iPad üçün, 22 faizi isə Android üçün tətbiqlərdə problemlərin olduğunu qeyd edir.