Dünyanın ən böyük təyyarəsi olan "Mriya" Almatı belnəlxalq hava limanına iki dəfə texniki eniş edib. Ukrayna istehsalı olan “An-225” Çindən Polşaya humanitar yardım missiyasının yerinə yetirərək koronavirusla mübarizə üçün tibbi avadanlıq və qoruyucu vasitələr daşıyır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çinin Tianjin hava limanına gedərkən və geri dönərkən “An-225” təyyarəsi yenidən yanacaq doldurmaq üçün Almatıya eniş edib.
Almatı beynəlxalq hava limanında bu tip təyyarə də daxil olmaqla istənilən növ təyyarəni qəbul edə bilən 2 uçuş-enmə zolağı var.
Qeyd edək ki, karantin zamanı Almatı beynəlxalq hava limanı yalnız yük təyyarələrini qəbul edir.