Çernobılda meşə yanğınları söndürülüb

A- A A+

Ukraynada Çernobıl atom elektrik stansiyası yaxınlığında baş verən meşə yanğını söndürülüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Dövlət Xidməti bildirib.

Qeyd olunur ki, yağışın yağması da yanğının söndürülməsində böyük rol oynayıb. Hazırda açıq yanğının olmadığı deyilir, bəzi yerlərdə tüstülənmələr qeydə alınır.

Yanğın zonasının ətrafında 11 kilometr boyunca minerallaşdırılmış xətlər yaradılıb. Ümumilikdə, yanğınla mübarizəyə 400-dən çox yanğınsöndürən və 100-ə yaxın texnika cəlb olunmuşdu.

Yanğının AES-ə və radioaktiv tullantılara təhlükə törətmədiyi bildirilib. Paytaxt Kiyevdə radioaktivlik normanı üstələmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: