Böyük Britaniyanın Kent Universitetinin və Rotamsted elmi-tədqiqat mərkəzinin alimləri xərçəngə qarşı səmərəli vasitə aşkar ediblər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, söyüd ağacından əldə edilən miabeatsin maddəsi digər preparatlara belə dayanıqlı olan xərçəng hüceyrələrini məhv edir.
Bu vasitənin xərçəngin çətin müalicə olunan forması neyroblastomaya da qarşı aktiv olduğu müşahidə edilib. Miabeatsin həmçinin süd vəzi, boğaz və yumurtalıq xərçənginə qarşı da səmərəli istifadə oluna bilər.
Tədqiqatçılar daha geniş tibbi tədqiqatlar üçün söyüd ağacından alınan bu maddənin istehsalını artırmağı planlaşdırır.