İyunun 2-dən 6-dək Lissabonda keçirilməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının okean məsələləri üzrə konfransı COVID-19 pandemiyası ucbatından təxirə salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin bəyanatına müvafiq olaraq, konfransın təşkilinə məsul olan Portuqaliya və Keniya hökumətləri, həmçinin BMT-nin Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande konfransın pandemiyanın tədrici inkişafından asılı olacaq yeni keçirilmə tarixini müzakirə edəcəklər.
Bəyanatda deyilir ki, konfransın təxirə salınmasına baxmayaraq, davamlı inkişaf maraqları çərçivəsində elm və innovasiyalara əsaslanaraq okean və dəniz ehtiyatlarının qorunması, səfərbər edilməsi və səmərəli istifadəsi, müvafiq qərarla qəbul edilməsi və həyata keçirilməsi üzrə səylər davam etdiriləcək.