Kreml Qələbə Paradına dəvət almış dövlət başçılarından Moskvaya səfərlərini təxirə salmağı xahiş edəcək
Kreml Qələbə Paradının başqa vaxta keçirilməsi ilə əlaqədar xarici dövlətlərin liderlərinə Moskvaya səfərlərini təxirə salmağı təklif edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar keçirilməsi planlaşdırılan bütün təntənəli kütləvi tədbirlərin, o cümlədən Qələbə paradının başqa vaxta keçirilməsi barədə tapşırıq verib.
Qeyd edək ki, bir çox ölkələrin liderlərinə, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev Qələbə paradında iştirak etmək üçün dəvət almışdı.