Rəcəb Tayyib Ərdoğan və AKP səslərin 55 faizdən çoxunu qazanaraq liderliyini qoruyur

A- A A+

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin ilkin nəticələrinə görə Prezident Rəcəb Tayyib Ərdoğan və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) sayılan bülletenlər üzrə seçicilərin 55 faizdən çoxunun etimadını qazanıb.

NUHÇIXAN xəbər verir ki, Ankara vaxtı ilə saat 20:30-a olan məlumata görə, seçki qutularının 70 faizə qədəri açılıb. Bu nəticəyə görə, Rəcəb Tayyib Ərdoğan sayılan səslərin 55,4 faizinə sahib olmaqla liderdir. Bu səsvermədə Məhərrəm İncə 29 faizlə ikinci, Meral Akşener isə 7,5 faizlə üçüncü yerdədir.

AKP və Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı səslərin 58 faizi ilə birinciliyini qoruyur.

Cümhuriyyət Xalq, İYİ Partiya və digər 4 siyasi partiyanın birləşdiyi Millət İttifaqı isə yalnız səslərin 31 faizinə sahib ola biliblər. Bu ittifaqda CHP öndədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: