23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə bu gün yerli vaxtla saat 21:00-da bütün Türkiyə “Səsimiz göylərə yüksəlsin” şüarı altında İstiqlal Marşını oxuyacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyədə hər il təntənə ilə qeyd edilən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı da digər tədbirlər kimi bu il ölkə ərazisində COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. Ölkədə bayram sevincinin hiss edilməsi məqsədilə Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk bu gün yerli vaxtla saat 21:00-da hər kəsi eyvanlara çıxaraq İstiqlal Marşını oxumağa çağırıb.