Çində 13 gündür koronavirusdan ölüm qeydə alınmayıb

A- A A+

Çində son 13 gündə yeni növ koronavirusdan (COVID-19) ölüm faktı qeydə alınmayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində ölkədə COVID-19 infeksiyasına 6 yeni yoluxma aşkarlanıb. Onlardan 3-ü xarici mənşəli yoluxmadır, digər üçü isə Rusiya ilə həmsərhəd ərazidəki Xeyloncian vilayətində qeydə alınıb. Ötən sutka müalicəsi başa çatan 81 nəfər xəstəxananı tərk edib.

Qeyd edək ki, dekabrın son günlərində Hubey vilayətinin Uxan şəhərində aşkarlanan yeni növ koronavirus səbəbindən indiyədək Çinin materik hissəsində 82 min 836 yoluxma, 4633 ölüm qeydə alınıb. Ölkə üzrə 77 min 555 pasiyent sağalaraq evə buraxılıb. Hazırda xəstəxanalarda 648 pasiyent var.

Çinin Honkonq xüsusi inzibati bölgəsində 137 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 429 yoluxma və 6 ölüm baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: