“WhatsApp” messenceri qrup zəngləri istifadəçilərinin limitini iki dəfə artırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şirkətin bloqunda bildirilir.
Qeyd edilir ki, indi səkkizə qədər istifadəçi qrup zəngləri çərçivəsində ünsiyyət saxlaya bilər. Daha əvvəl belə funksiya yalnız proqramın test versiyalarında mümkün idi.
Yenilik onunla şərtləndirilib ki, koronavirus pandemiyasına görə insanlar daha tez-tez onlayn ünsiyyətdən, xüsusi halda qrup səslərindən və videosöhbətlərdən istifadə etməyə başlayıblar.
Hazırda dünyada koronavirusa 3,1 milyondan çox yoluxma qeydə alınıb, 214 mindən çox insan pandemiyanın qubanı olub, 944 min nəfər sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.