"Twitter" mikrobloqlar şəbəkəsinin işində qüsurlar yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Twitter"in işində texniki qüsurlar əsasən ABŞ və Yaponiyada müşahidə edilib.
Bildirilir ki, istifadəçilərin təxminən 73 faizi saytın işində, 14 faizi iPhone və ya iPad üçün, 12 faizi isə Android üçün tətbiqlərdə problemlərin olduğunu qeyd edir.