Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar olaraq tədris müəssisələrində onlayn təhsilin müddəti bu il mayın 31-dək uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk bildirib.
Nazir ölkədə keçiriləcək qəbul imtahanlarının vaxtı barədə məlumatın gələn həftə veriləcəyini, sinifdən-sinfə imtahanların isə birinci yarımildə tədris olunmuş dərslər əsasında hazırlanacağını deyib.
Bildirilib ki, indiyədək ölkənin dövlət universitetlərinə qəbul imtahanlarında iştirak etmək üçün bir milyona yaxın abituriyent qeydiyyatdan keçib.