Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçu koronavirusa yoluxduğuna və müalicəsinə komandanlıq tərəfindən laqeyd yanaşıldığına görə intihara cəhd edib .
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, Azərbaycanın işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən bölmələrdən birində xidmət edən Enrik Zakaryan koronavirus infeksiyasına yoluxduğu üçün tibb məntəqəsinə aparılıb və müayinə edildikdən sonra geri qaytarılıb.
Həkimlərin və komandanlığın laqeydliyindən hiddətlənən əsgər tabeliyində olan silahdan atəş açaraq özünü öldürmək istəyib. O, hərbi hospitala təxliyə edilib. Komandanlıq hadisənin ailə-məişət zəminində baş verdiyini bildirib.
Hərbi polis faktla bağlı araşdırmaya başlayıb.