Türkiyənin aviasiya istehsalı təyinatlı aparıcı şirkətləri beşinci nəsil döyüş təyyarələri tədarükünə başlamaq üçün bir araya gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, Prezident Administrasiyası yanında Müdafiə Sənayesi Baş İdarəsinin “Milli döyüş təyyarəsi” layihəsi çərçivəsində 2023-cü ildə ilk qırıcı təyyarələrin istifadəyə verilməsi nəzərdə tutulub. Bu layihə ilə bağlı “Tusas” və “Havelsan” şirkətləri arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Beləliklə beşinci nəsil milli döyüş təyyarələrinin istehsalında ölkənin aviasiya istehsallı ilə məşğul olan aparıcı şirkətləri birgə fəaliyyət göstərəcək. Məlumata görə, “F-35” qırıcılarının istehsalında iştirak edən türkiyəli mühəndislər də bu layihəyə cəlb olunublar.