Ermənistanda daha 113 nəfər koronavirusa yoluxdu

A- A A+

Ermənistanda daha 113 koronavirusa yoluxma faktı qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyinin erməni KİV-lərinə istinadən məlumatına görə, ölkədə infeksiyaya yoluxanların sayı 2 386 nəfərə çatıb, 25 nəfər isə sağalıb. Ümumilikdə sağalan xəstələrin sayı 1 035 nəfər təşkil edir.

Daha 2 nəfər virusdan vəfat edib. Bu günədək koronavirusdan 33 ölüm halı qeydə alınıb, daha 4 nəfərin digər xəstəliklərdən öldüyü bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: