Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə Moskvada aviasiya paradının məşqi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məşq çərçivəsində 70-dən çox hərbi təyyarə və helikopter Rusiya paytaxtının səması üzərindən uçub.
Qeyd edək ki, Rusiyada mayın 9-a nəzərdə tutulmuş Qələbə Paradı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi ilə əlaqədar paradın və “Ölümsüz alay” yürüşünün 2020-ci ildə keçiriləcəyini bildirib. Lakin tədbirlərinin təşkil olunacağı dəqiq vaxt hələlik açıqlanmayıb.
Mayın 9-da isə Rusiyanın 32 şəhərində aviasiya paradının və atəşfəşanlığın keçiriləcəyi gözlənilir.