Qazaxıstanda Nur-Sultan-Aktobe reysi ilə uçan “S-295” hərbi təyyarəsi təcili eniş etmək məcburiyyətində qalıb. Nur-Sultanda ön şassisi açılmayan hərbi təyyarə Almatı vilayəti Jetigen hərbi aerodromuna enib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, uçuş-enmə zolağında təhlükəsizlik tədbirləri görülüb.
Gücləndirilmiş təcili yardım maşınları və xilasedicilər hava limanına göndərilib. Təyyarənin sərnişinləri və ekipajı təxliyə olunub, təyyarənin göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil.