Ermənistan ordusunun əsgəri Samvel Avedisyan taqım komandiri ilə etdiyi münaqişədən sonra özünə qəsd edib.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, əsgər komandiri ilə mübahisə etdikdən sonra özünü öldürmək məqsədilə kazarmadan çıxıb. Təxminən yarım saat sonra o qarovul evinin arxasında yerə yıxılmış vəziyyətdə tapılıb.
Təcili yardım maşını ilə hospitala çatdırılan əsgərin kimyəvi maddə olan aseton həlledicisi qəbul etdiyi məlum olub.
Hazırda hərbi qulluqçunun vəziyyətinin ağır olduğunu bildirilir.