Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsindəki bölmələrdə xidmət edən zabitlərin tabeliklərindəki hərbi qulluqçulardan rüşvət tələb etmələri faktı aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, 10-cu dağ atıcı diviziyasının qərargah rəisinin və komandirin müavininin iştirakı ilə Ağdərə hərbi polis bölməsinin əməkdaşları tərəfindən 5-ci dağ atıcı alayın ehtiyat bölmələrində, həmçinin alayın döyüş mövqelərində yoxlamalara başlanıb. Artıq 50-dən çox gizirdən, müqavilə əsasında xidmət edən hərbi qulluqçudan və əsgərlərdən izahatlar alınıb.
Təsdiq edilmiş faktlarla bağlı cinayət işi açılıb və istintaq aparılır. Bir neçə zabitin həbs ediləcəyi gözlənilir.