Son 24 saat ərzində Ermənistanda 163 nəfər koronavirusa yoluxub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, son 24 saat ərzində daha 163 nəfərdə koronavirus təsdiq olunub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 2782 nəfərə çatıb.
Bu günədək 40 nəfər koronavirusdan dünyasını dəyişib.