Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan yaşayış məntəqələrində yerləşdirilən bölmələrdə xidmət edən zabitlərin törətdikləri hadisə və cinayətlərin sayı durmadan artır.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan ordusunun 3-cü dağ atıcı taboru komandirinin müavini David Tunyan içkili vəziyyətdə idarə etdiyi şəxsi avtomobili ilə qəza törədib.
Yol polisi əməkdaşlarının ifadələrinə görə, zabit D.Tunyan alkoqolun təsiri altında idarəetməni itirərək maşını körpüdən aşırıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan zabit hospitala təxliyə olunub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Faktla bağlı açılan cinayət işi araşdırılması üçün hərbi polisə göndərilib.