Son 24 saat ərzində Ermənistanda daha 145 nəfər koronavirusa yoluxub.
Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 3029 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.
Bu günədək 43 nəfər koronavirusdan ölüb. Onlardan biri son sutka ərzində dünyasını dəyişib.
Hazırda Ermənistanda 1758 nəfər stasionarda müalicə alır.
Ermənistanda bu günədək 29205 nəfər koronavirusla əlaqədar testdən keçirilib.