Türkiyədə İğdır bələdiyyəsinin sədri Yaşar Akkuş PKK/KCK terror təşkilatlarına dəstək verməkdə ittiham olunaraq həbs edilib.
NUHÇIXAN İnformasiya Agentliyi AZƏRTAC-a istinadən xəbər verir ki, İğdır Baş Prokurorluğunun sanksiyası ilə həbs edilən bələdiyyə sədri terror təşkilatının aksiyalarında iştirak etmə, terrorçuluğu təbliğ etmə kimi əməllərdə ittiham olunur.