Paşinyan qanunsuz brilyant alverində ittiham olunur

A- A A+

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan ölkənin baş nazir Nikol Paşinyanı mafioz sistem yaratmaqda və qanunsuz brilyant ticarəti ilə məşğul olmaqda ittiham edib.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Mikael Minasyan növbəti videomüraciətində bildirib.

O, Paşinyanın iki il ərzində xalqı aldatdığını vurğulayıb. Sarqsyanın kürəkəni deyib ki, xalq yavaş-yavaş Paşinyanın yalan bəyanatlarını başa düşür:

“Xalq Paşinyanın şoularında iştirak etməkdən yorulub. Paşinyan konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumda uduzacağını bildiyindən onun keçirilməsini təxirə saldı. Onun “köməyinə” əvvəlcə ələ saldığı koronavirus çatdı”.

Ermənistanın Vatikandakı keçmiş səfiri brilyant alveri ilə bağlı məsələyə toxunaraq bildirib: “Brilyantı qanunsuz yolla Hindistandan gətirib, Ermənistanda 2-3 tanınmış zavoda tədarük edirlər. Orada həmin brilyantları “Ermənistanlaşdırırlar”. Onları ölkədən gömrük rüsumu ödənilmədən ixrac edirlər”.

Minasyan buna sübut olaraq bildirib ki, 2020-ci ilin birinci rübündə Ermənistan 40 mln. ABŞ dolları dəyərində brilyant ixrac edib:

“Bu qədər brilyantı emal etmək üçün 1 400 mütəxəssisə ehtiyac var. Ermənistanda isə 400-ə yaxın belə zərgər qeydiyyatdan keçib. Başqa sözlə, Ermənistandakı mütəxəssislər fiziki olaraq bu miqdarda daş-qaşı emal etmək gücündə deyillər”.

Qeyd edək ki, Mixail Minasyan 2013-cü ildən Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. 2018-ci ilin noyabrında Vatikanda, Portuqaliyada və Maltada səfir vəzifəsindən geri çağırılıb. Ona qarşı cinayət işi başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: