Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artıb

A- A A+

Ermənistanda son 24 saat ərzində daha 230 nəfər COVID-19 virusuna yoluxub, 3 nəfər ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, hazırda Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 5271 nəfərə, ölənlərin sayı 67-yə çatıb.

Hazırda Ermənistanda 2758 nəfər aktiv koronavirus xəstəsi var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: