Xaricdən Türkiyəyə gələn vətəndaşlar COVID-19-la bağlı yataqxanalarda 14 gün müddətinə karantinə alınmayacaqlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən qərar qəbul edilib.
Qərarda bildirilir ki, xarici ölkələrdən Türkiyəyə gələn vətəndaşlar hava limanlarında müayinə ediləcək və karantin müddətini evlərində keçirəcəklər.
İndiyədək karantinə alınanların isə mayın 23-ə kimi müayinədən keçirilərək yataqxanalardan çıxarılması nəzərdə tutulur.