Türkiyənin “Türk Hava Yolları” aviaşirkəti uçuşların dayandırılma müddətini uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə aviaşirkətin idarə heyətinin rəhbəri İlker Aycı bildirib.
Qeyd edilib ki, bu şirkət tərəfindən həyata keçiriləcək ölkədaxili aviareyslər iyunun 4-dən, xarici uçuşlar isə 10-dan etibarən başlayacaq.
Xatırladaq ki, “Türk Hava Yolları” tərəfindən həyata keçiriləcək aviareyslərin mayın sonlarına doğru başlaması nəzərdə tutulurdu.