Pekinin yeni beynəlxalq hava limanı olan “Dasin”də Asiyanın ən böyük təyyarə təmiri anqarı fəaliyyətə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, anqarın operatoru Çinin 3 ən böyük mülki aviasiya kompaniyalarından biri olan “Çin Cənub Hava Yolları” və Quancou Təyyarə təmiri və Mühəndislik Şirkətidir. Ümumi sahəsi 40 min kvadratmetr olan anqara 3 geniş və 3 dar gövdəli təyyarə yerləşir. Anqar ikisi “Airbus 380” və “Boeing 777” təyyarəsi olmaqla eyni vaxtda 12 təyyarəyə texniki xidmət göstərmək imkanındadır.
Qeyd edək ki, ötən il sentyabrın sonunda Pekində dünyanın ən iri sərnişin terminalına malik olan “Dasin” beynəlxalq aeroportu fəaliyyətə başlayıb.
Aeroport 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanının illik sərnişin ötürmə gücünün 2021-ci ilədək 45, 2025-ci ilədək 72, 2040-cı ilədək isə 100 milyona çatacağı gözlənilir. Pekində “Dasin”dən başqa sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-ın Atlanta şəhərindəki “Harstfild-Cekson” hava limanından sonra dünyada ikinci olan “Paytaxt” beynəlxalq aeroportu da fəaliyyət göstərir.