Yeni “iPhone” qulaqlıqlar olmadan satışa çıxarılacaq

A- A A+

“Apple” şirkəti bu ilin payızında “iPhone 12” smartfonlarını satışa qulaqlıqlar olmadan çıxaracaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 2020-ci ildən başlayaraq “Apple” öz smartfonlarının təqdimatına və satışına “EarPods” qulaqlıqlarını əlavə etməyəcək. Bu qərar onların satışlarının stimullaşdırılması ilə əlaqədar qəbul edilir.

Qeyd olunur ki, aksesuarsız yeni telefonu əldə edən müştəri əlavə olaraq “EarPods” və ya “AirPods” qulaqlıqlarını almalı olacaq.

Mütəxəssislər hesab edir ki, bu il şirkət 80-93 milyon qulaqlıq sata bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: