"Twitter" sosial şəbəkəsinin işində nasazlıq bir neçə ölkədə müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "Downdetector" servisi bildirib.
Məlumata əsasən, ən aktiv şəkildə problemlər haqqında Böyük Britaniya, ABŞ və Braziliyada şikayət edirlər.
Bildirilib ki, istifadəçilərin əksəriyyəti (73%) veb saytdakı nasazlıqlardan şikayətlənirlər. Digər 16% sosial şəbəkəyə daxil ola bilmir, 10% iPhone və ya iPad üçün tətbiqdə problem yaşayır.