Ermənistanda son 24 saat ərzində koronavirus infeksiyasına 322 yoluxma qeydə alınıb. Daha 4 nəfər bu virusdan ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 5928 nəfər, xəstəlikdən ölənlərin sayı isə 74 nəfər təşkil edir.
Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.