Monteneqro prezidenti Milo Cukanoviç ölkəsinin koronavirusa qalib gəldiyini elan edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, bu barədə rəsmi "Twitter" səhifəsində yazıb.
Ölkə rəhbəri Monteneqroda yeni yoluxma halının aşkarlanmadığını açıqlayıb.
Monteneqro rəsmilərinin dediyinə görə, müalicə olunanların hamısı sağalıb. Bu günə qədər ümumilikdə 324 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib.