Çin bu ilin iyulunda Marsa tədqiqat missiyası göndərməyi planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Çinin kosmik agentliyi Qırmızı planetin orbitinə zond yola salacaq.
Daha sonra Marsın səthinə uzaqdan idarə olunan aparat endiriləcək. Bu, Çinin Marsa ilk missiyası olacaq.
Orbital zond və aparat Marsın səthində tədqiqatlar və təhlillər aparacaq.
Qeyd edək ki, ötən ilin yanvarında Çin ilk dəfə Ayın əks tərəfinə tədqiqat misisiyası göndərib.