Rusiya və ABŞ prezidentləri arasında görüş barədə razılığa gəlinib

A- A A+

"Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Tramp arasında görüşə dair razılığa gəlinib".

NUHÇIXAN-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Avstriyanın "Kronen Zeitung" qəzeti Vyanada Rusiya və Amerika diplomatlarının görüşünün keçirildiyini yazib.

Bildirilir ki, görüş zamanı iki ölkə nümayəndələri dövlət başçılarının mümkün danışığını müzakirə ediblər.

"Tərəflərin gəldiyi razılığa əsasən, prezidentlərin görüşü iyulun 15-də Avstriyanın paytaxtında keçiriləcək", - nəşr yazıb.

Ötən həftə D.Tramp bildirmişdi ki, Vladimir Putinlə görüş iyul ayında keçiriləcək. Bu məlumatı Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: