Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyinin erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 372 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 98 nəfər koronavirusdan ölüb, 43 777 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.