Ermənistanda son sutkada daha 442 nəfər koronavirusa yoluxub, 15 nəfər isə ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, hazırda Ermənistanda virusa yoluxanların sayı 8216 nəfərə çatıb. Koronavirusdan ölənlərin sayı isə 113 nəfərdir.
Hazırda Ermənistanda 4772 aktiv koronavirus xəstəsi var.